Prezidentin bu gün yüksək vəzifə verdiyi şəxslər kimdir? - Dosye


Xəbər verdiyimiz kimi, bu gün ölkə başçısı İlham Əliyev Samir Qaçay oğlu Məmmədovu və Fərid Turab oğlu Əhmədovu rəqəmsal inkişaf və nəqliyyat nazirinə müavin təyin edib.
Yeniavaz.com
xəbər verir ki, Samir Məmmədov 1974-cü il Bakıda doğulub. Xəzər Universitetində Beynəlxalq İqtisadi Münasibətlər ixtisası üzrə bakalavr, Azərbaycan Dövlət İqtisad Universitetində Biznesin Təşkili və İdarəedilməsi ixtisası üzrə magistr təhsili alıb.
2006-cı ildə Təhsil Nazirliyinə “Azərbaycan Respublikası ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Proqramı”nın idarəetmə qrupunun müdiri vəzifəsinə gətirilib.
2010-2016-cı illərdə Şotlandiyanın Edinburq Universitetində təhsilini davam etdirib və Təhsildə İKT ixtisası üzrə doktorluq dərəcəsi alıb.
2017-2019-cu illərdə Bakı Mühəndislik Universitetində işləyib, 2019-cu ildə “Enginet İnvest” MMC-də direktor vəzifəsində çalışıb.
2021-ci ildə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Aparatının rəhbəri vəzifəsinə təyin olunub.
Rus və ingilis dillərini bilir. Ailəlidir.
Rəqəmsal inkişaf və nəqliyyat nazirinə müavin müavin təyin edilən Fərid Əhmədov da 1979-cu ildə Bakıda anadan olub. O, 2000-ci ildə Bakı Dövlət Universitetində hüquqşünaslığı, 2002-ci ildə beynəlxalq hüquq üzrə magistr təhsilini bitirib. 2003-cü ildə "Chevening" təqaüdçüsü olaraq İngiltərənin Esseks Universitetində beynəlxalq insan hüquqları ixtisası üzrə magistr dərəcəsi alıb.
2009-cu İngiltərənin Oksford Universitetinə doktoranturanı bitirmək üçün "Weidenfeld" təqaüdçüsü olaraq daxil olub və 2016-cı ildə həmin universitetin hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb.
2006-2007-ci illərdə Milli Məclis Aparatının İnzibati və Hərbi qanunvericilik şöbəsində məsləhətçi vəzifəsində işləyib.
2015-2017-ci illərdə "Azərbaycan" Universitetinin rektoru, 2017-2020-ci illərdə "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-də baş direktorun müavini vəzifəsində çalışıb.
2021-ci ildən nazir Rəşad Nəbiyevin müşaviri vəzifəsində çalışırdı.
 

DİGƏR XƏBƏRLƏR

Top