![](https://cdn.yeniavaz.com/uploadedfiles/custom/2021/4/2/1/331fce19-dfff-4d20-97b8-ed8cce89848d/zelenski-yeni.jpg)
Ukrayna fevralın 24-də Rusiyanın xüsusi hərbi əməliyyatının başladığı vaxtdan itirdiyi ərazilərini qaytardıqdan sonra Rusiya ilə danışıqlar masasına oturacaq.
Yeniavaz.com xəbər verir ki, Ukrayna prezidenti Vladimir Zelenski bu barədə Yaponiyanın İctimai televiziyasına müsahibəsində deyib .
"Əlbəttə, biz bütün ərazilərimizi qaytarmalıyıq. Amma bu, çox güman ki, qurbanlarla bağlı olacaq. Sonra danışıqlar masasına oturacağıq”-deyə o bildirib.