Avtoşluq edən əsgərin atası vəzifəli şəxsdir - Təfərrüat


Xəbər verdiyimiz kimi, sosial şəbəkələrdə hərbi xidmət yerini tərk edərək Bakıda avtoşluq edən əsgərin görüntüləri yayılıb.

Yeniavaz.com Qafqazinfo-ya istinadla xəbər verir ki, avtoşluq edən Əziz Məlikov vəzifəli şəxsin oğludur. Belə ki, onun atası Şamaxı rayon Məlhəm, Əngəxaran və Çuxuryurd bələdiyyələrinin sədridir. Ə.Məlikov özü isə “TikTok” sosial şəbəkəsindəki əyləncəli videoları ilə məşhurdur. 

Soltanpaşa Məlikovun, həm də bizneslə məşğul olduğu bildirilir.

Xatırladaq ki, DYP-nin yaydığı məlumatda qeyd olunur ki, Nəsimi rayonu Cavadxan küçəsində 99-BC-181 dövlət nömrə nişanlı, "Chevrolet Cruze" markalı avtomobilin sürücüsü Məlikov Əziz Soltanpaşa oğlu əl əyləcindən istifadə edərək avtomobili bir neçə dəfə fırladıb. Sürücü asfalt örtüyü üzərində təkər izləri buraxaraq avtoxuliqanlıq edib və hadisə yerindən qaçıb. Həmin zaman sürücüyə saxla əmri verilsə də, avtomobili saxlamayıb, müxtəlif qaydaları pozmaqla hadisə yerindən yayınıb. Sürücü bir neçə gün axtarıldıqdan sonra yeri müəyyən edilib və məlum olub ki, Əziz Məlikov hazırda hərbi hissədə xidmət keçir.

Hadisə ilə bağlı Müdafiə Nazirliyi də məlumat yayaraq əsgərin hərbi hissəni özbaşına tərk etdiyini və barəsində cinayət işi qaldırıldığını bildirib.

DİGƏR XƏBƏRLƏR

Top