Dövlət başçıları İlham Əliyevi təbrik edib


Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Yeniavaz.com xəbər verir ki, təbrikdə deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Milli bayramınız – Müstəqillik Günü münasibətilə səmimi təbriklərimi qəbul edin.

Çətin sınaqlardan keçmiş qardaş Azərbaycan xalqı bu gün haqlı olaraq dövlət quruculuğundakı, iqtisadi və sosial sahələrin inkişafındakı nailiyyətləri, beynəlxalq aləmdə nüfuzu ilə fəxr edə bilər.

Minsk Bakı ilə əməkdaşlığın, dostluğun və qarşılıqlı anlaşmanın indiki səviyyəsini yüksək qiymətləndirir.

Əminəm ki, çoxşaxəli Belarus-Azərbaycan tərəfdaşlığı yeni perspektiv layihələrlə zənginləşəcək və bundan sonra daha da möhkəmlənəcək.

Hörmətli İlham Heydər oğlu, Sizə səmimi qəlbdən möhkəm cansağlığı, tükənməz enerji və bütün planlarınızın həyata keçməsini, Azərbaycan xalqına isə sülh və yeni-yeni uğurlar arzulayıram".


***
İsveçrə Konfederasiyasının Prezidenti İqnazio Kassis Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir:

"Azərbaycanın milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.

Ölkələrimiz arasında sıx və qarşılıqlı etimada söykənən münasibətlər əsas qlobal çağırışların öhdəsindən birgə gəlmək üçün mühüm amildir.

Sizə və Azərbaycan Respublikasının vətəndaşlarına sülh və firavan gələcək arzulayıram.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

***

Xorvatiya Respublikasının Prezidenti Zoran Milanoviç də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

"Hörmətli cənab Prezident.

Azərbaycanın milli bayramı – Müstəqillik Günü münasibətilə Xorvatiya Respublikasının vətəndaşları adından və şəxsən öz adımdan Sizə səmimi təbriklərimi, vətəndaşlarınıza isə tərəqqi və rifah arzularımı çatdırmaqdan məmnunluq duyuram.

Əminəm ki, dost ölkələr kimi əlaqələrimizin bütün sahələrdə inkişaf etməsi üçün bundan sonra da çalışacaq və əməkdaşlığın yeni istiqamətlərini müəyyənləşdirəcəyik. İqtisadi imkanlar ölkələrimiz arasında daha mühüm və sıx əməkdaşlıq üçün stimul verən amil ola bilər.

Ümidvaram ki, əlaqələrimizin daha da inkişaf etdirilməsi perspektivləri və getdikcə mürəkkəbləşən qlobal gündəlikdəki önəmli məsələlər barədə fikir mübadiləsi aparmaq üçün yaxın gələcəkdə fürsətimiz olacaqdır.

Cənab Prezident, xahiş edirəm ən yüksək ehtiramımı qəbul edin".

 

DİGƏR XƏBƏRLƏR

Top