
Rusiya Hərbi Hava Qüvvələrinin istefada olan general-mayoru Kanamat Botaşev Ukraynadakı hərbi əməliyyatlarda öldürülüb.
Yeniavaz.com xəbər verir ki, bu barədə BBC məlumat yayıb. Bildirilib ki, Botaşev Rusiyanın Ukraynada öldürülən ən yüksək rütbəli pilotudur. Təqaüdə çıxmazdan qabaq aviasiya alayının komandiri olub.