“Azəriqaz” əməkdaşları reyd zamanı Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin evində qeyri-qanuni qaz xətlərinin olduğu aşkarlanıb”.
Yeniavaz.com xəbər verir ki, bu iddianı jurnalist Əvəz Zeynallı “Xural TV”nin efirində səsləndirib.
O bildirib ki, söhbət A. Paşazadənin Nərimanovdakı villasından gedir:
“Təbii ki, o qeyri qanuni qaz xətləri ləğv olunub. Bilmirəm, ona görə cərimə yazılıb, ya yazılmayıb, bu haqda məlumatım yoxdur. Bizə verilən məlumatlara görə qeyri-qanuni qaz xətləri Şeyxin evində 15 ildir ki, var imiş və Şeyx 15 ildir ki qazpulu ödəmirmiş. Bildirdilər ki, orta aylıq qaz sərfiyyatı təxminən 3-5 min manat aralığında olub. Çünki Şeyx həzrətlərinin Nərimanovdakı villası və kompleksi həddindən artıq böyükdür”.
Məsələ ilə bağlı "Azəriqaz" İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirib ki, onda belə bir məlumat yoxdur: “Bizimçün hər bir kəs abonentdir. Heç kimin statusu və ya qohumluq əlaqələri abonentlərə göstərdiyimiz xidmətə təsir edə bilməz”.