Azərbaycandan Həcc ziyarəti üçün qiymət müəyyənləşdi


Azərbaycandan Həcc ziyarəti üçün kvota və qiymət müəyyənləşib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə APA-ya Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri Vüsal Cahangiri bildirib.
Onun sözlərinə görə, bu il Azərbaycana Həcc ziyarəti üçün 680 nəfərlik kvota ayrılıb: “Həcc ziyarətinin qiyməti 5350 ABŞ dolları (təxminən 9095 AZN) müəyyən olunub. Həcc ziyarətinin iyunun 24-dən iyulun 20-nə qədər olan müddətdə həyata keçirilməsi gözlənilir”.
Şöbə müdiri deyib ki, Həcc ziyarətinə gedənlər Səudiyyə Ərəbistanı Krallığına daxil olmazdan 72 saat əvvəl PCR test verilməlidir: “Eyni zamanda iki doza vaksin tələb olunur. 30.06.1957 təvəllüddən aşağı olan şəxslərin Həcc ziyarətinə icazə verilmir”.

DİGƏR XƏBƏRLƏR

Top