Balakişi Qasımov yenidən İTV-nin baş direktoru oldu


İTV-nin baş direktoru vəzifəsinə seçki keçirilib.

Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, Balakişi Qasımov yenidən İTV-nin baş direktoru seçilib.

Yayım Şurasının 9 üzvü gizli səsvermədə iştirak edib və onlardan 9 nəfəri də Balakişi Qasımovun lehinə səs verib.

İclas Audiovizual Şuranın inzibati binasında keçirilir.

Qeyd edək ki, İTV-nin baş direktorunun səlahiyyət müddətinin başa çatması ilə əlaqədar bir müddət əvvəl bu vəzifəyə seçki elan edilib və 8 nəfər iddiaçı – Nəsirov Rəşad Barat oğlu, Məmmədzadə Tural Sahib oğlu, Həsənov Anar Bəybala oğlu, Abbasova Təranə Süleyman qızı, Qasımov Balakişi Ələkbər oğlu, Əliyev Ədalət İsaxan oğlu, Əlizadə Üzeyir Əli oğlu və Nağıyev Anar Əlişah oğlu sənədlərini təqdim edib.

DİGƏR XƏBƏRLƏR

Top