"Heç vaxt ölkəmdən bu qədər utanmamışam” - Rusiyalı diplomat


Rusiyanın Cenevrədəki BMT daimi nümayəndəliyinin əməkdaşı Boris Bondarev Ukrayna ilə müharibəyə görə istefa verdiyini açıqlayıb.
Yeniavaz.com
xəbər verir ki, hüquqşünas, hüquq müdafiəçisi və “UN Watch”un icraçı direktoru Hillel Noyer sosial şəbəkə hesabında Bondarevin istefası barədə yazıb.
Bondarevin sözlərinə görə, diplomatik fəaliyyəti dövründə heç vaxt vətənindən və işindən bu qədər utanmayıb:
“Diplomatik karyeramın iyirmi ili ərzində mən xarici siyasətimizdə müxtəlif dönüşlər görmüşəm, lakin bu ilin fevralın 24-də olduğu kimi ölkəmdən heç vaxt utanmamışam”.
Onun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putinin başlatdığı “aqressiv müharibə” təkcə Ukrayna xalqına qarşı deyil, həm də Rusiya xalqına qarşı cinayətdir:
“Bu müharibəni başladanlar yalnız bir şey istəyirlər - hakimiyyətdə əbədi qalmaq”.
Noyer öz növbəsində qeyd edib ki, indi “UN Watch” bütün rus diplomatlarını Bondarevdən nümunə götürməyə və istefa verməyə çağırır.
Bondarev daha sonra Böyük Britaniyanın “The Telegraph” qəzetinə istefa verdiyini təsdiqləyib:
“Mən bir vətəndaş kimi öz borcumu yerinə yetirdim, bəlkə də 41 ildə ilk dəfədir”.

DİGƏR XƏBƏRLƏR

Top