Bakı-Naxçıvan təyyarəsi tufana görə geri qayıtdı


“Azərbaycan Hava Yolları” aviaşirkətinin J2 257 nömrəli Bakı-Naxçıvan reysini yerinə yetirən hava gəmisinin kapitanı Naxçıvan hava limanı ətrafındakı tufanla əlaqədar hava limanına geri qayıtmaq qərarına gəlib.

"Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən Yeniavaz.com-a verilən xəbərə görə, təyyarə saat 21:00-da Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.Sözügedən reysin sərnişinləri hava şəraiti yaxşılaşdıqdan sonra Naxçıvana yola düşəcəklər. Sözügedən reysin sərnişinləri hava şəraiti yaxşılaşdıqdan sonra Naxçıvana yola düşəcəklər.

DİGƏR XƏBƏRLƏR

Top