Bakıda qarğa vurmaq istəyən şəxs mənzili güllələdi - Açıqlama


Bakının Xətai rayonu, Gəncə prospekti 39 ünvanında yerləşən “Xətaipark” kompleksində binanın 10-cu mərtəbəsində yerləşən mənzilin pəncərəsinə güllə dəyməsi ilə bağlı xəbərlər yayılıb.

Hadisə ilə bağlı DİN-in Mətbuat Xidmətinin şöbə rəisi Elşad Hacıyev Yeniavaz.com-a açıqlama verib. O bildirib ki, hadisə ehtiyatsızlıq səbəbindən baş verib.
"Bəzi sosial şəbəkə səhifələrində yayılan infomasiyadan ərazi üzrə rayon polisi məlumatlıdır. Araşdırma aparılıb. Yaşayış evinin pəncərəsinə olan zədə odlu silahdan yox, tir tüfənginin qırmasından yaranıb. Ehtiyatsızlıqdan baş verən neqativ əməldir, tir tüfəngi olan şəxs pəncərəsinə qonan qarğanı vurmaq istəyib. Nəticəsi də məlumdur. Əgər o qırma hansısa vətəndaşın gözünə dəysəydi, onu şikəst edə bilərdi. Tir tüfəngi, yaxud idman silahı olan şəxslər bilməlidir ki, bu kateqoriyadan olan xüsusi vasitələrin yaşayış olan ərazilərdə istifadəsi ağır nəticələrə səbəb ola bilər, xəsarətlə yanaşı, kimsə ondan stres keçirə, narahat ola, həyəcanlana bilər. Bu hal nəzərə alınmalıdır”, - o vurğulayıb.

DİGƏR XƏBƏRLƏR

Top