
Tokioda rəsmi səfərdə olan ABŞ prezidenti Co Bayden və Yaponiyanın Baş naziri Fumio Kişida Yaponiyanın üç obyektindən yüksək zənginləşdirilmiş uranın ABŞ-a uğurla təhvil verildiyini açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə ABŞ Energetika Nazirliyi məlumat yayıb.
Bildirilib ki, uran Tennessi Cənubi Karolina ştatlarına mart ayında çatdırılıb, lakin bu barədə yalnız indi məlumat verilib. Energetika Nazirliyi qeyd edib ki, uranın nəqli Böyük Britaniya ilə sıx əməkdaşlıq şəraitində həyata keçirilib.