Əli Əsədov Yuri Ratas ilə görüşdü


Bu gün Baş nazir Əli Əsədov Estoniya Respublikası parlamentinin sədri Yuri Ratas ilə görüşüb.

Nazirlər Kabinetindən Yeniavaz.com-a verilən xəbərə görə, görüşdə Azərbaycan-Estoniya münasibətlərinin müxtəlif istiqamətlərdə inkişafından məmnunluq ifadə edildi.İki ölkə arasında siyasi, ticari-iqtisadi, sərmayə qoyuluşu, nəqliyyat, enerji, humanitar və bir çox digər sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olundu.

DİGƏR XƏBƏRLƏR

Top