Ukraynada rus hərbçiyə ömürlük həbs cəzası verildi - Video


Moskva vilayətinin 4-cü Tank Kantemirovskaya diviziyasının komandiri, 21 yaşlı çavuş Vadim Şişimarin Ukraynada ömürlük həbs cəzası alıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə UNİAN agentliyinin müxbiri məlumat verib.
Bildirilib ki, Vadim Şişimarin müharibə qanunlarını pozmaqda, qəsdən adam öldürmədə iştirak etməkdə ittiham edilib.
O, 2022-ci il fevralın 28-də Sumi rayonunun Çupaxivka kəndinin 62 yaşlı silahsız sakini Aleksandr Şelipovu qətlə yetirib.
Bununla əlaqədar Kiyevin Solomenski Rayon Məhkəməsinin hakimlər kollegiyası müvafiq qərar qəbul edib.
Hökmdə bildirilib ki, təqsirləndirilən şəxsin təsadüfən Şelipovu vurması ilə bağlı ifadə verməsinə baxmayaraq, məhkəmə qətlin bilavasitə qəsdən törədildiyi qənaətinə gəlib.
Qeyd edilib ki, Şişimarin Ukraynada müharibə zamanı mülki vətəndaşı öldürdüyünə görə mühakimə olunan ilk işğalçıdır.

 
Lamiyə Məmmədova

DİGƏR XƏBƏRLƏR

Top