İranda çökən binada ölənlərin sayı artdı - Yenilənib


Abadan şəhərində on mərtəbəli binanın çökməsi nəticəsində ölən və xəsarət alanların sayı artıb.
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, hadisə nəticəsində ölənlərin sayı 6-ya çatıb, 29 nəfər isə yaralanıb. 80 nəfərin dağıntılar altına qaldığı təxmin edilir.
Binanın çökməsinə görə artıq 8 nəfər saxlanılıb.
Xilasetmə işləri davam edir.

*** 23 may, 16:26
İranın Xuzistan əyalətinin Abadan şəhərində on mərtəbəli binanın çökməsi nəticəsində ölən və xəsarət alanların sayı açıqlanıb.
Yeniavaz.com
“Tasnim” agentliyinə istinadən xəbər verir ki, hələlik dağıntılar altından 3 nəfərin cansız bədəni çıxarılıb, 24 nəfər isə xəsarət alan var.
Xilasetmə qrupları binanın dağıntıları altında sağ qalanları axtarır. 50-yə yaxın adamın dağıntılar altında qaldığı güman edilir.

***14:12

Bu gün İranın Abadan şəhərində “Metropol” biznes mərkəzinin 10 mərtəbəli binası çöküb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb.
Hələlik ölən və yaralananlar barədə məlumat yoxdur.
Qeyd olunub ki, hadisə yerində xilasetmə briqadaları işləyir.

 

DİGƏR XƏBƏRLƏR

Top