Hindistandan gəlib Zaqatalada itkin düşdü - 10 gündür axtarılır + Foto


Zaqatalaya turist kimi gələn hindistanlı Kondaveeti Manikathi mayın 13-də gəzintiyə başladığı Böyük Qafqaz sıra dağlarının cənub ətəyində itkin düşüb. 1993-cü il təvəllüdlü turistin marşrut üzrə hərəkət etdiyi ərazidə, yaxud ərazinin yaxınlığında itkin düşdüyü ehtimal edilir.
Yeniavaz.com
xəbər verir ki, 10 gündür itkin düşən turist hələ də tapılmayıb.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan saytımıza bildirilib ki, turist hələ tapılmayıb: "Axtarışlar davam edir”.

DİGƏR XƏBƏRLƏR

Top