"Qarabağ"ın Çempionlar Liqasındakı potensial rəqibləri - Siyahı


Azərbaycan Premyer Liqasının qalibi "Qarabağ"ın Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində bütün potensial rəqibləri müəyyənləşib.
Yeniavaz.com
xəbər verir ki, “Qarabağ” bu raundda 13 klubdan biri ilə və ya ilkin təsnifat mərhələsinin qalibi ilə üz-üzə gələcək. Ölkə çempionu Ermənistan təmsilçisi ilə görüşə bilməz. Burada qalib son turda bəlli olacaq.
"Qarabağ"ın 1-ci təsnifat mərhələsində bütün potensial rəqibləri: "Tirana" (Albaniya), “Şaxtyor” (Belarus), "Sutyeska" (Monteneqro), "Kİ Klaksvik" (Farer adaları), "Zrinski" (Bosniya və Herseqovina), “Lex” (Polşa), “Hibernians” (Malta), "Tobol" (Qazaxıstan), "Şkupi" (Şimali Makedoniya), RFS (Latviya), "Dinamo" (Batumi, Gürcüstan), "Balikani" (Kosovo), eləcə də "Levadiya" (Estoniya), “Linfild” (Şimali İrlandiya), "İnter" (Andorra), "Vikinqur" (İslandiya) və  San Marino çempionunun iştirak edəcəyi ilk mərhələnin qalibi
Qeyd edək ki, 1-ci təsnifat mərhələsinin püşkatması 14 iyunda keçiriləcək. 1-ci raundun oyunları isə 5-6 və 12-13 iyul tarixlərində baş tutacaq.

DİGƏR XƏBƏRLƏR

Top