ASCO-nun sədr müavini işdən çıxdı


"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) sədrinn strateji inkişaf, investisiya layihələri və logistika üzrə müavini Fərhad Quliyev vəzifəsini tərk edib.

Yeniavaz.com Report-a istinadla xəbər verir ki, hələ ki, onun yerinə təyinat olmayıb.

Beləliklə, müavinlərin sayı 4-ə düşüb. Bunlar I müavin Mübariz Cabbarov, iqtisadi məsələlər üzrə müavin Cəlal Fərəcli, rejim üzrə müavin Nəzrəddin Əhmədzadə və ümumi məsələlər üzrə müavin Cəbrayıl Mahmudludur. Səhmdar cəmiyyətinə Rauf Vəliyev rəhbərlik edir.

DİGƏR XƏBƏRLƏR

Top