“Xərçəngin müalicəsində hədəfə yaxınıq” - “Pfizer”in rəhbəri


Amerikanın “Pfizer” əczaçılıq şirkətinin prezidenti və baş icraçı direktoru Albert Bourla dünyada xərçəngin müalicəsində əhəmiyyətli irəliləyiş gözlədiklərini açıqlayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Albert Bourla Yunanıstan “ERT3” telekanalına danışarkən deyib
"Elm xərçəng sahəsində yetkinləşdi və yaxın illərdə mövcud müalicə protokollarında əhəmiyyətli irəliləyişlərin şahidi olacağıq. Digər xəstəliklərə qarşı optimist deyiləm, lakin xərçəng üçün hədəfə yaxınıq", - deyə, o bildirib.
Şirkət rəhbəri koronavirus pandemiyası barəsində də danışıb:
“Biz dincəlməməliyik və sakitləşməməliyik, amma hazırda mən narahat deyiləm, çünki bizim arsenalımızda kifayət qədər silah var. Mən təkcə peyvənddən deyil, həm də düzgün istifadə edilən müalicələrdən danışıram. Ölən insanlarımız olmamalıdır, bütün ölümlərin qarşısını ala bilərik”.

DİGƏR XƏBƏRLƏR

Top