Paşinyan Şarl Mişellə görüşdü - Yenilənib


Brüsseldə Ermənistanın Baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel arasında görüş keçirilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
“Baş nazir Nikol Paşinyan Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel ilə təkbətək görüş keçirib”, - məlumatda deyilir.
Onlar hazırkı danışıqların səmərəli olacağına, sabitliyə və problemlərin hərtərəfli həllinə töhfə verəcəyinə ümidvar olduqlarını bildiriblər.
Paşinyan və Mişel 2021-ci il dekabrın 14-də və 2022-ci il aprelin 6-da əldə olunmuş razılaşmaların icrası ilə bağlı fikir mübadiləsi aparıblar.

***20:00
Ermənistanın Baş naziri Nikol Paşinyan Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişellə görüşür.
Yeniavaz.com
xəbər verir ki, Paşinyan Brüsseldə baş verən görüşün kadrlarını özünün sosial şəbəkə hesabında paylaşıb.
Qeyd edək ki, Mişel bundan əvvəl Azərbaycan Prezidenti İlham Əliyevlə görüşüb.
Hazırkı görüşdən sonra üçtərəfli görüşün baş tutacağı gözlənilir.

DİGƏR XƏBƏRLƏR

Top