"Son zəng"də rus qızdan etiraz: "Putin şeytandır..." - Video


Dağıstan Respublikasının (Rusiya Federasiyasının tərkib hissəsi) məktəblərinin birində “Son zəng” tədbiri zamanı Rusiya Prezidenti Vladimir Putin “şeytan” adlandırılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə NEXTA-nın “Telegram” kanalında kadrlar yerləşdirilib.
Kadrlarda görünür ki, tədbir zamanı çıxış edən qız Ukraynadakı müharibəni pisləyib: “Müharibəyə yox, Ukraynaya azadlıq, Putin şeytandır”.
O bu sözləri deyib və yoldaşlarının yanına qayıdıb. Bu zaman tədbir iştirakçılarından bəziləri onu alqışlayıb.

DİGƏR XƏBƏRLƏR

Top