Bugünkü imtahanın cavabları açıqlandı - Yenilənib

Ali təhsil müəssisələrinə qəbul olmaq üçün II ixtisas qrupu (o cümlədən III ixtisas qrupu üzrə coğrafiya fənni) üzrə mayın 22-də keçirilən imtahanda istifadə olunan test tapşırıqlarının düzgün cavabları açıqlanıb.

Yeniavaz.com xəbər verir ki, Dövlət İmtahan Mərkəzinə istinadən xəbər verir ki, imtahan nəticələri yaxın iki həftə ərzində elan olunacaq.

Qapalı və cavabları kodlaşdırıla bilən açıq tipli tapşırıqların düzgün cavabları:

II ixtisas qrupu (Azərbaycan bölməsi);

II ixtisas qrupu (rus bölməsi);

III ixtisas qrupu, TC altqrupu, coğrafiya (Azərbaycan bölməsi);

III ixtisas qrupu, TC altqrupu, coğrafiya (rus bölməsi).


***15:28
Xəbər verdiyimiz kimi, bu gün DİM tərəfindən II ixtisas qrupu (o cümlədən III ixtisas qrupu üzrə DT və TC altqruplarının hər ikisini seçənlər üçün coğrafiya fənni) üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirilib.
Yeniavaz.com
xəbər verir ki, imtahanda istifadə olunmuş qapalı və kodlaşdırıla bilən açıq tipli test tapşırıqlarının doğru cavab etalonları yaxın saatlarda Mərkəzin “Teleqram” kanalına, digər sosial şəbəkə hesablarına və saytına yerləşdiriləcək.
Bu gün saat 16:00-da DİM-in “Youtube” və “Facebook” səhifələri vasitəsilə canlı yayım ediləcək və Mərkəzin məsul əməkdaşları, ekspertlər tərəfindən həm III, həm də II ixtisas qrupu üzrə imtahanlarda istifadə olunmuş test tapşırıqları ilə bağlı geniş izahat veriləcək.
Abituriyentlər suallarını “Facebook”da yerləşdirilən müvafiq postun altına yaza və ya [email protected] elektron poçtuna göndərə bilərlər.

DİGƏR XƏBƏRLƏR

Top