Şəhidlər xiyabanı yaxınlığında açılan gecə klubu etirazlara səbəb oldu - Video


Gecə saatlarında Nizami rayonunun Keşlə qəsəbəsində gərginlik olması barədə görüntülər yayılıb.
Yeniavaz.com
xəbər verir ki, məlumata görə, qəsəbə ərazisində Şəhidlər xiyabanı yaxınlığında gecə klubunun açılması sakinlərin etirazına səbəb olub. 
Hadisə yerinə dərhal polis əməkdaşları da gəlib.
Məsələ barədə DİN-in Mətbuat Xidmətinin şöbə rəisi Elşad Hacıyev Yeniavaz.com-a açıqlama verib.
“Hüquq çərçivəsində tərəfləri narahat edən hallar və onun xüsusatları araşdırılır”, - o bildirib.

Video: Oxu.az

DİGƏR XƏBƏRLƏR

Top