Türkiyədə ağır qəza - ölənlər və yaralananlar var


Türkiyədə universitet tələbələrini daşıyan avtobus Niğdə vilayətində, Adana-Niğdə şosesinin Güney kəndi ərazisində aşıb.
Yeniavaz.com
TRT-yə istinadən xəbər verir ki, nəticədə 3 nəfər həyatını itirib, dördü ağır olmaqla 41 nəfər yaralanıb.
Bildirilib ki, ​​​​​​​bu gün Türkiyə vaxtı ilə saat 4 radələrində qəza törədən avtobus Adana-Konya marşrutu üzrə hərəkət edirmiş.
Hadisə yerinə polis, xilasedici və tibbi yardım briqadaları cəlb olunub. Yaralılar Niğdə, Bor, Ərəğli və Uluqışla xəstəxanalarına çatdırılıblar.

DİGƏR XƏBƏRLƏR

Top