Daha bir Avropa ölkəsində “meymun çiçəyi” aşkarlandı


İsveçrənin Bern kantonunda "meymun çiçəyi" virusuna ilk yoluxma halı qeydə alınıb.
Yeniavaz.com
xəbər verir ki, ev şəraitində təcrid olunan pasiyentin son günlər ünsiyyətdə olduğu insanlar müəyyənləşdirilir.
Bern kantonunun Səhiyyə, Sosial və İnteqrasiya üzrə Direktorluğunun məlumatına əsasən, xarici ölkələrdən birində virus daşıyıcısı ilə təmasda olan şəxs hazırda ambulator müalicə alır və vəziyyəti sabitdir.
İsveçrə Federal Səhiyyə İdarəsi mümkün yoluxma halları ilə bağlı tədbirlər görüləcəyini elan edib.
Beləliklə, İsveçrə ilə birlikdə virusun aşkarlandığı ölkələrin sayı 13-ə yüksəlib.

DİGƏR XƏBƏRLƏR

Top