
Azərbaycan Premyer Liqasının 2021/22 mövsümünün mükafatlandırılma mərasimi baş tutub.
Yeniavaz.com xəbər verir ki, çempion "Qarabağ"ın qızıl medallarından biri komandanın mərhum azarkeşi, İkinci Qarabağ müharibəsi şəhidi Məhəmmədəli İbrahimlinin atası Mütəllim İbrahimova təqdim olunub.
Həmçinin çempionluq kuboku da Mütəllim İbrahimli ilə birgə qaldırılıb.
Qeyd edək ki, Məhəmmədəli İbrahimli İkinci Qarabağ müharibəsi zamanı 13 oktyabr 2020-ci ildə dünyasını dəyişib. O, "İmarət" Azarkeş Qrupunun üzvü idi.
Tətbiqimizi yükləyə bilərsiniz