İdman performansı üçün təbii enerji içkiləri - Məcun və kokteyllər


Günümüzdə idman qidaları və idman performansını yüksəltmək üçün müxtəlif həblərdən (bunlara vitaminlər, minerallar, hormonal dərmanlar, anabolik dərmanlar aiddir) enerji içkilərindən istifadə çoxlu problemlər əmələ gətirməkdədir.


Yeniavaz.com fitoterapevt həkim Füzuli Hüseynovun hal hazırda istifadə edilən vasitələr və onların fəsadları barədə məlumatını təqdim edir:

1. İdman qidaları:
Bu qidalar haqqında sosial şəbəkələrdə, televiziyalarda müxtəlif verilişlər hazırlanılır ki, guya heç bir ziyanı yoxdur, insanlar uzun müddət bu qidaları yeyə bilərlər. Deyərdim ki, elə insanlarımızda bu yeməkləri həvəslə yeyirlər çünki yeyən kimi əzələ kütləsinin artmasını görürlər. Qida yeməkləri zülaldır deyib satılır, deyərdim ki, ət də zülaldır, amma əti yeyən kimi əzələ kütləsinin artmasını görmürük. Çünki ətin tərkibindəki zülal, minerallar vitaminlər amin turşular hamısı dipol formada bir-biri ilə zəncir kimi bağlanmışdır. Biz ət ilə qidalananda bizim bədənimizə lazım olan qədər maddələri orqanizmimiz həmin dipol zənciri qıraraq mənimsəyir, yəni artığı ilə işi yoxdur, çünki bədən tələbatı nəyi istəyirsə, o qədər qidalanır. Amma idman yeməkləri belə deyil, bu qidalar bizim orqanizmimizin tələbatından asılı olmayaraq tamamilə bədənə sorulur, hüceyrələrimizin içərisinə daxil olub onları qidalandırır, əzələ kütləsini sürətli şəkildə böyüdürlər. İlk baxışda adam deyə bilər ki, bu daha yaxşıdır. Amma işin kökünə baxdıqda görürük ki, bu belə deyil. Bu tip qidalanma bizim bütün sistemimizi məhv edir. Orqanizmin filtr qabiliyyəti məhv olur, immun sistem dağılır, ürək qan damar sistemi məhv olur, endokrin sistemdə pozulmalar baş verir və sonda insanın şikəst və xəstə olmasına səbəb olur. İdman qidalarını birdən birə tərk etmək isə uzun müddətli iştahsızlığa və əzələ kütləsinin sürətli itirilməsinə səbəb olur. İdman qidasındakı zülal ətdən fərqli olaraq sintez olunmuş zülal olduğundan orqnizm tələbatından asılı olmayaraq tam sorulur.

2. Anabolik dərmanlar, minerallar, hormonlar və vitaminlər:
İdmançılarımız bu üsullara da əl atmağı sevirlər. Bu üsullardan daha çox beynəlxalq yarışlarda iştirak etməyən insanlar istifadə edirlər, çünki dopinq testlərindən keçmirlər. Bu kimi dərmanlar güclü iştah əmələ gətirir və iştahla qidalanma əzələ kütləsinin artmasına səbəb olur. Anabolik dərmanlar insanlarda əvvəlcə testesteron səviyyəsini artırmasına baxmayaraq sonrakı vaxtlarda testesteron miqdarını həddindən çox aşağı salır. Bu da cinsi istəksizliyə və sonsuzluğa səbəb ola bilir.

Vitaminlər: Həddindən artıq vitamin qəbul etmək orqanizm üçün çox təhlükəlidir. Hər bir vitaminin hiper dozası orqnizm üçün çox təhlükəlidir. Məsəlın A vitamini hiper dozası beyin xərçəngi C vitamini hiper dozası böyrək və öddə daş əmələ gətirir. Damar keçiriciliyinin artması və sairə kimi halllar əmələ gətirə bilir. Çalışın vitamin və minerallları təzə meyvələrdən, tərəvəzlərdən alasınız.

Minerallar: Bəzən insanlarımız bu üsula da əl atırlar. Guya çox tərləyən zaman bədəndəki minerallar azalır və balansı qorumaq üçün hansısa mineralları nizamsız qaydada içməyə başlayırlar. İnsan bədənində mineralların bir ölçüsü var. Məsəlın mis, sink, dəmir, selen, kalium, kalsium, natrium və sairə. Bunların bədəndə bəlli bir miqdarları və bir-birlərinə nisbətləri var. Yəni birinin çoxluğu digərinin azalmasına səbəb olur. Ən çox tanıdığımız dəmiri qeyd edək. Dəmirin çoxluğu dəri altında, qaraciyərdə dəmir toplanmasına səbəb olur ki, bu da özünü qan dövranı pozulması, dəri rənginin tündləşməsində, yorğunluqda göstərir.

Hormonlar: Hormonal dərmanlar çox qısa müddətdə insanı belə deyək ki, şişirdir. Güclü iştah əmələ gətirir insanın bədən formasını dəyişərək daha çox dərialtı və boyun ardına piylərin yığılmasına səbəb olur. Jormonlar bütün endokrin sistemi məhv edir, sürətli şəkildə insanı şəkərə və sistem xəstəliklərinə çağırır, qanda istifadəsiz insulinin miqdarını artırır.

3. Enerji içkiləri:
Son dövrlər dəbə minməsinə baxmayaraq elə ən çox idmançılarımız performanslarını saxlamaq üçün bu içkilərdən bol-bol içirlər. Enerji içkiləri heç bir enerji vermir, bu içkilər insan vücudundakı amin turşuları sürətli şəkildə dövriyəyə qoşaraq insana gümrahlıq gətirir. Hansı ki, bu aminturşuları bədənimiz planlı şəkildə yavaş-yavaş xərcləyəcəkdi. Belə deyək, evdə 100 manatı 10 günə xərcləməyi planlaşdıran ailə bu pulu 1 günə xərcləyir və qalan 9 günüdə tələb edir ki, yenə gətir. Enerji içkiləri mədə bağırsağa aşılayıcı təsir edərək əvvəlcə qastrit və kolit daha sonra isə yara əmələ gətirərək mədə bağırsaq divarının deşilməsinə səbəb olur.

Enerji içkilərinə alternativ məcunlar:
Təklif edərdim idmançının seçdiyi idman növünə görə idman performansını daimi yüksək səviyyədə saxlamaq üçün aşağıdakı məsləhətləri edəsiniz.
Şəxsi idman yarışlarına çıxan idmançılar üçün (güləş, karate, cüdo, boks və sairə):
Bu tip idmanla məşğul olan insanlar çox enerji xərcləyir, tez yorulmağa məcbur olur. Bu idmançılar üçün 2 növdə məcun hazırlamışam. Bu məcunların biri daima istifadə olunmalı, digəri isə yarışlara çıxmazdan 15 gün əvvəl yeyilməyə başlanmalıdır. Yaxşı olar, idman yarışları qurtaran kimi birinci məcunun istifadəsini dayandırıb ikinci məcuna davam edəsiniz.

Birinci məcunumuz:
Zəncəfil tozu - 30 qram
Jenşen kökü tozu - 100 qram
Dəmirtikanı (tribulus) kökü tozu - 100 qram
Güldəfnə ( Hilba) toxumunun cücərmişi - 100 qram
Çiçək tozu - 100 qram
Buğda - 100 qram (cücərmiş)
Qoz ləpəsi - 200 qram
Nehrə yağı - 400 qram
Bal - 2 kq
Deməli bitkilər quru olmalı, qəhvəüyüdəndə üyüdüləndən sonra bal ilə qarışdırılmalıdır. Məcunda güldəfnə və buğda cücərmişlərini isə belə edirsiniz: dediyimiz bitkilərin hərəsindən 100 qram alın 1 gün suda saxlayıb sonrakı bir günü isə boşqaba sərərək üstünə yaş əsgi sərin. 1 gün saxlayın, sonra suda yuyun, ət maşından keçirib bal və bitki tozları qarışdırılmış məcuna qarışdırın. Məcunumuz hazırdır. Məcundan gündə 3 dəfə, yeməkdən yarım saat əvvəl 1 dolu çay qaşığı yeyin.

İkinci məcunumuz:
Bu məcunun tərkibi bahadır və qısa müddətə tez təsir göstərir. Ona görə də yarışlara 15-20 gün qalmış bu məcundan yeməklə yüksək idman performansı göstərə bilərsiniz.

Tərkibi:
Zəncəfil tozu - 30 qram
Jenşen kökü tozu - 50 qram
Radiola kökü tozu - 50qram
Güləm - 100qram
Arı südü - 30 qram
Erkək arı homogenatı - 50 qram
Bal şabalıd - 1 kq

Məcunu hazırlayıb gündə üç dəfə, yeməkdən yarım saat əvvəl 1 çay qaşığı yeyin. Məcun mütləq soyuducuda qalmalıdır. Çünki məcunun tərkibindəki arı südü və homogenat hava isti olan kimi tez parçalanır və faydasız olur.

Şəxsi idman yarışları ilə məşğul olan idmançılar idman növünə uyğun olaraq hicama müalicəsi alsalar, çox yaxşı nəticələr ala bilərlər. Məsələn, sərbəst güləşlə məşğul olanlar baldırlardan 3+3, diz ətraflarından 4+4, diz oynağı arxasından 1+1, muskul əzələsindən 2+2, boyun və kürəyin bitişmə nöqtəsindən 2 ədəd, beldən 3 ədəd olmaqla hicama etdirə bilərlər. Hicama toxumalardakı toksinləri təmizləyir. Qan dövranını sürətləndirir. İdmançılar hər ay 5-6 banka hicama etdirməklə və hər bankanın yerinə 2 ədəd zəli qoymaqla idman performanslarını çox qaldıracaqlar. Hicama və zəli müalicəsi əl və ayaqların beyinlə təmasını sürətləndirir. İdman yarışları vaxtı idmançı düşünərək hansısa fəndi edəndə bəzən gecikir və rəqib onu üstələyir. Hicama və zəli müalicəsi əl ayaqların beyinlə işləməsini sürətləndirir. İnsan düşünən kimi həmin hərəkəti edə bilir. Bir sözlə, avtomatik hərəkətləri sürətləndirmək üçün hicama və zəli müalicələri effektlidir.

Üçüncü məcunumuz:
Ümumi idman növləri ilə məşğul olan idmançılar idman performanslarını artırmaq üçün və nəfəs sistemini normalda saxlamaq üçün aşağıdakı məcundan istifadə edə bilərlər. Məcunun tərkibi:
Güldəfnə - 100 qram (cücərmişi)
Çiçək tozu - 100 qram
Biyan kökü tozu - 50 qram
Yulaf tozu - 200 qram
Eleutrokok kökü tozu - 100 qram
Buğda - 100 qram (100 qram buğdanı cücərdəndə təxminən 350 qram cücərmiş buğda alınır)
Kedra toxumu - 200 qram
Bal - 2 kq
Xama - 1 kq
Hamısını bir birinə qarışdırın, buğda və güldəfnənin hərəsindən 100 qram cücərdəndən sonra macuna qarışdırıb gündə 3 dəfə, yeməkdən 30 dəqiqə əvvəl 1 orta xörək qaşığı yeyin. Məcun ümumən immun sistemini aktiv vəziyyətdə saxlayır. İnsan öz gümrahlığını daima hiss edir, idmançının özgüvənini artırır. Futbolçular üçün ayaqlardan hicama olunması ayaq və beyin əlaqəsini sürətləndirir. Büzdüm, boyun kökü və başdan edilmiş hicama, idmançıda öz fiziki ağırlığını sanki hiss etmirmiş kimi hissiyat yaradır. Futbolçular, voleybol, həndbol və başqa idman növləri ilə məşğul olan idmançıların hər gün aşağıdakı kokteyllərdən hazırlayıb içmələrini məsləhət görürəm.

Xurma + süd
2 stəkan südə 8 ədəd yumşaq xurma qabıqları soyuluraq və tumu çıxarılaraq qarışdırılır və blenderdən keçirilib gün ərzində içilir.

Digər bir kokteyl:
Süd - 2 stəkan
Əncir qurusu - 5 ədəd.
Deməli, əncir qurusunu beş-altı hissəyə bölərək südə qarışdırıb 1 gün soyuducuda saxlayın, sonra blenderdən keçirib gün ərzində için.

Digər bir kokteyl:
Süd - 2 stəkan
Yulaf - 3 xörək qaşığı
Qoz - 2 ədəd
Banan - 1 ədədğ

Hamısını birlikdə blenderdən keçirib gün ərzində içmək lazımdır. Kokteylləri gündəlik dəyişərək içə bilərsiniz. Xatırladım ki, kokteyllərdən şəxsi idman növləri ilə də məşğul olan idmançılar da içə bilərlər. Bütün idmançılarımıza uğurlar olsun.

DİGƏR XƏBƏRLƏR

Top