Türkiyədən uçan "Akıncı" Bakıya endi - Video


“Akıncı” pilotsuz uçuş aparatları Gürcüstanı keçərək Bakıya enib.

Yeniavaz.com xəbər verir ki, bu barədə Türkiyənin “Baykar” şirkətinin tvitter hesabında məlumat paylaşılıb.

Təxminən 2 000 km uçan “Akıncı” təyyarələri üç ölkəni keçərək uğurlu uçuş həyata keçirib.

“TEKNOFEST Azərbaycan” festivalı mayın 26-29-da keçiriləcək. Festivalda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Türkiyənin “Baykar” şirkətinin texniki direktoru və “TEKNOFEST” Aerokosmik və Texnologiya Festivalının İdarə Heyətinin sədri Səlcuq Bayraktar, sənaye və texnologiya naziri Mustafa Varank və digər şəxslər iştirak edəcəklər.

 

DİGƏR XƏBƏRLƏR

Top