
ABŞ prezidenti Co Bayden Ukraynaya təxminən 40 milyard dollar məbləğində əlavə yardımı nəzərdə tutan qanunu imzalayıb.
Yeniavaz.com xəbər verir ki, məlumat Ağ Evin saytında dərc olunub.
Qeyd edək ki, ABŞ Konqresinin Nümayəndələr Palatası Ukraynaya yardım üçün əlavə vəsaitin ayrılması təşəbbüsünü təsdiqləmişdi. Senatda yekun səsvermə Bayden Ağ Evdən ayrıldıqdan və xaricə getdikdən sonra başa çatıb.
Tətbiqimizi yükləyə bilərsiniz