Ukrayna ABŞ-dan alacağı 40 milyardı hara xərcləyəcəyini açıqladı


Xəbər verdiyimiz kimi, ABŞ Prezidenti Co Bayden Ukraynaya 40 milyard dollarlıq yardım verilməsi barədə qanun layihəsini imzalayıb. Ukraynanın Mədəniyyət və İnformasiya Nazirliyi yanında Strateji Rabitə və İnformasiya Təhlükəsizliyi Mərkəzi ABŞ-dan alınacaq 40 milyard dolların nəyə xərclənəcəyini açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə mərkəzin Telegram kanalında məlumat verilib.
Bildirilir ki, Ukrayna Silahlı Qüvvələrinə silah, kəşfiyyat dəstəyi, təlim və digər təhlükəsizlik yardımları üçün 6 milyard dollar ayrılacaq. Bu vəsaitin əsas hissəsi İqtisadi Dəstək Fonduna gedəcək. 4,4 milyard Ukrayna və digər ölkələrə ərzaq tədarükünə yönəldiləcək. Bundan başqa 8,7 milyard Ukraynaya təhvil verilən silahlar üçün ödəniləcək. 

 

DİGƏR XƏBƏRLƏR

Top