İrəvandan Antalyaya uçuşlar başlayır


İyunun 14-dən Ermənistanın “Flyone Armenia” şirkəti İrəvan-Antalya-İrəvan marşrutu üzrə birbaşa qeyri-müntəzəm reyslərə başlayır.
Yeniavaz.com
“Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə şirkətin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, reyslər həftədə iki dəfə, çərşənbə axşamı və cümə günləri yerinə yetiriləcək. Biletlərin qiyməti 110 avrodan (197 AZN - red.) başlayır.
Qeyd edək ki, aviaşirkət İrəvan-İstanbul-İrəvan reyslərini yerinə yetirməkdə davam edir.

DİGƏR XƏBƏRLƏR

Top