Fransanın ölkəmizdəki səfiri Zakari Qross Biləsuvar rayonunun Bəydilli kəndində fransız dili müəllimi işləmiş Rəhim müəllimi ziyarət edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Qanun” Nəşrlər Evinin direktoru Şahbaz Xuduoğlu sosial şəbəkə hesabında paylaşım edib.
O bildirib ki, Rəhim müəllim Andre Moruanın “İqlimlər” əsərini tərcümə edib:
“Bu gün cənab səfir Zakari Qrosla Hamarkəndə (Yardımlı rayonunda kənd - red.) gedirik, doğulduğum kəndi görmək istəyir. Yolüstü Bəydilli kəndinə döndük və Rəhim müəllimin evində həm onu ziyarət etdik, həm də yeni nəşr olunmuş “İqlimlər” kitabını ona hədiyyə etdik. Həm kitabın nəşri, həm də Fransa səfirinin gəlişi Rəhim müəllimin özü və ailəsi üçün çox gözlənilməz və çox xoş bir sürpriz oldu”.