Rusiya azərbaycanlı sabiq diaspor rəhbərini ölkədən deportasiya etdi - Video


Moskva vilayətindəki Azərbaycan diasporunun keçmiş rəhbəri Qalib Ağayev və diaspor fəalı Ceyhun Əliyevin Rusiyadan deportasiya edildiyi bildirilir.
Yeniavaz.com xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb.
Onlar əlləri bağlı vəziyyətdə hüquq-mühafizə orqanları əməkdaşlarının müşayiəti ilə Moskvanın “Domodedovo” hava limanından Azərbaycana deportasiya ediliblər.
Qeyd edək ki, Q. Ağayev haqqında ötən ilin dekabrında Moskva vilayətinin Ximki Şəhər Məhkəməsi tərəfindən Rusiyadan deportasiya olunmaq qərarı çıxarılıb. Məhkəmə onu inzibati xəta törətməkdə təqsirli bilib və Rusiya ərazisindən məcburi çıxarılmaqla 5 min rubl məbləğində cərimələyib.
Sözügedən kadrları təqdim edirik:

 

DİGƏR XƏBƏRLƏR

Top