Almaniya və İtaliyanın hakimiyyət orqanları Brüssellə məsləhətləşmələrdən sonra öz şirkətlərinə bildiriblər ki, Rusiyaya qarşı tətbiq olunan sanksiyaları pozmadan Rusiya qazının ödənişi üçün rublla hesablar aça bilərlər.
Yeniavaz.com xəbər verir ki, bu barədə ötən gün öz mənbələrinə istinadən “Reuters” məlumat yayıb.
Agentliyin məlumatına görə, iki mənbə bildirib ki, Berlin Almaniya qaz idxalçılarını “Qazprombank”a ödənişlərin xarici valyutada həyata keçirilməsi şərti ilə enerji resurslarının ödənilməsi üçün rubl hesablarının açılması imkanları barədə xəbərdar edib. Həmçinin, İtaliya hökumətindəki mənbənin “Reuters”ə verdiyi məlumata görə, “Eni” enerji şirkətinin 17-mayda Rusiya bankında hesabların açılması ilə bağlı elanından əvvəl Avropa Komissiyasından qazın ödənilməsi prosedurunun izahı verilib.
Agentlik yazır ki, bundan əvvəl Brüssel Rusiya qazını sanksiyaları pozmadan necə almaq barədə iki yazılı təlimat təqdim edib.
Mənbə bildirib ki, bəzi ölkələrdə şirkətlərin rublla hesab açması Aİ-nin Rusiyaya qarşı birliyini pozmaq riski daşıyır.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin martın 31-də aprelin 1-dən Rusiya qazının tədarükünün qeyri-dost ölkələrdən alıcılar tərəfindən ödənilməsinin yeni qaydasının müəyyən edilməsi ilə bağlı fərman imzalayıb. Fərmana əsaəsn, belə dövlətlər “Qazprombank”a xarici valyutada vəsait köçürməlidirlər.