Baydenin 2 mühafizəçisi Seuldan qovuldu


ABŞ prezidenti Co Baydenin Seuldakı iki mühafizəçisi Koreya Respublikasının paytaxtında baş vermiş insidentdən sonra ABŞ-a qovulub. 
Yeniavaz.com
xəbər verir ki, bu barədə TASS-ın müxbirinə ABŞ Məxfi Xidmətinin rəsmi nümayəndəsi Entoni Quqlielmi bildirib.
"Məxfi Xidmət iki əməkdaşla bağlı insidentdən xəbərdardır. Bu şəxslər dərhal daimi növbətçilik yerlərinə qaytarılaraq, inzibati məzuniyyətə buraxılacaqlar. Baydenin Cənubi Koreyaya, sonra isə Yaponiyaya səfərinə insidentin heç bir təsiri olmayıb", - deyə o bildirib.
Qeyd edək ki, Məxfi Xidmət zabitlərindən biri taksi xidmətlərindən yararlanmaq istəyib. Ancaq, mübahisə düşüb və sərxoş halda yerli sakinə qarşı fiziki zorakılıq tətbiq edib.

DİGƏR XƏBƏRLƏR

Top