"Axar sulardan istifadəyə görə tariflər qoyulmalıdır" - Mərkəz direktoru


“Azərbaycan məhdud su ehtiyatlarına malik olan ölkədir”.

Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, bunu Bioloji Resursların Tədqiqatı Mərkəzinin direktoru Mehman Axundov deyib.

O bildirib ki, su ehtiyatlarından qənaətlə istifadəyə çalışmalıyıq:

“Biz daha intensiv metodlara keçməliyik. Kənd təsərrüfatında suya qənaət edilməlidir. İsrail damcı sistemində, torpaqsız rejimdə kənd təsərrüfatı məhdullarının yetişdirilməsində yüksək nəticələr əldə edib. Hesab edirik ki, axar sulardan istifadəyə qənaətlə yanaşılmalıdır. Axar sulardan çox istifadə etməməyə çalışmalıyıq. Suya müəyyən tariflər qoyulmalı, istifadəsi üçün müəyyən qiymətlər olmalıdır. Azərbaycan üçün bu çox önəmli olan məsələdir”.

DİGƏR XƏBƏRLƏR

Top