Britaniyada “Meymun çiçəyi”nə 11 yeni yoluxma aşkarlandı


Böyük Britaniya Səhiyyə Agentliyi (UKHSA) insanda “Meymun çiçəyi” xəstəliyinə 11 yeni yoluxma hadisəsi aşkar edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə səhiyyə naziri Sacid Cavid sosial şəbəkə hesabında paylaşım edib.
“UKHSA Böyük Britaniyada “Meymun çiçəyi”nə 11 yeni yoluxma hadisəsini təsdiqlədi. Mən bu səhər G7 səhiyyə nazirlərinə indiyə qədər bildiklərimiz barədə məlumat verdim”, - Cavid bildirib.
O qeyd edib ki, əksər hallar yüngül keçir:
“Mən təsdiq edə bilərəm ki, biz “Meymun çiçəyi”nə qarşı təsirli olan peyvəndlərin əlavə dozalarını əldə etmişik”.

DİGƏR XƏBƏRLƏR

Top