Bakıdan İrəvana gedən Litva Prezidenti aksiya ilə qarşılandı - Video


Ermənistanda “Müqavimət” müxalifət hərəkatının üzvləri Litva Prezidenti Gitanas Nausedanın kortejini “Nikol satqındır!”, “Ermənistan – türksüz!”, “Ermənistansız – Nikolay” şüarları altında qarşılayıb.
Yeniavaz.com
“Sputnik Armenia”ya istinadla xəbər verir ki, hadisə Baqramyan 26 ünvanındakı Prezident iqamətgahının qarşısında baş verib.
Litva nümayəndə heyətini və Nausedanı iqamətgah binasına daxil olmazdan əvvəl Ermənistan prezidenti Vaaqn Xaçaturyan qarşılayıb.
Polis kəməkdaşları “Müqavimət” hərəkatının tərəfdarlarına iqamətgahın darvazalarına yaxınlaşmağa imkan verməyib. Hazırda prezidentlərin görüşü keçirilir. Etirazçılar binanın qarşı tərəfində aksiyanı davam etdirirlər.
Xatırladaq ki, Litva prezidenti Gitanas Nauseda ötən gün Bakıdan İrəvana yola düşüb. O, daha əvvəl Azərbaycanda rəsmi səfərdə olub.

DİGƏR XƏBƏRLƏR

Top