Paytaxtın bu yollarında tıxac var - Siyahı

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi paytaxt yollarındakı son vəziyyətlə bağlı məlumat yayıb.

Yeniavaz.com Mərkəzin məlumatını təqdim edir:

H.Əliyev prospekti - əsas və kənar yol şəhər istiqamətində sıxlıq müşahidə edilir.

Bakı-Sumqayıt şosesi - "20 Yanvar" istiqamətində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə olunur.

Ə.Əliyev küçəsi - Neftçilər prospektinin kəsişməsində sıxlıq var.

Y.Səfərov küçəsi - H.Əliyev prospekti istiqamətində sıxlıq yaranıb.

Babək prospekti ilə H.Əliyev prospektinin kəsişməsində sıxlıq müşahidə edilir.

R.Behbudov küçəsində sıxlıq var.

Z.Bünyadov prospekti - "20 Yanvar" istiqamətində sıxlıq müşahidə olunur.

A.Salamzadə küçəsi - Ziya Bünyadov prospekti istiqamətində sıxlıq var.

28 May küçəsində nəqliyyat vasitələrinin sıxlığı müşahidə edilir.

DİGƏR XƏBƏRLƏR

Top