BƏƏ-də 500 milyon barellik neft yataqları aşkarlandı


Əbu-Dabi Milli Neft Şirkəti (ADNOC) BƏƏ-nin müəyyən ərazilərində üç yataqda yeni neft yataqları aşkar edib. 
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Reuters” xəbər yayıb.
Bildirilib ki, ilkin hesablamalara görə, ölkənin paytaxtından 200 km cənub-qərbdə yerləşən Əbu-Dabi əmirliyindəki ən böyük qurudakı Bu Xasa yatağında ilkin hesablamalara görə, 500 milyon barel Murban nefti aşkar edilib.
Bəzi hesablamalara görə, 100 milyon bareldən ibarət olan başqa bir yataq isə 3-cü blokda aşkar olunub. Qeyd olunur ki, bu blokda kəşfiyyat işlərinin aparılması hüququ ABŞ-ın “Occidental” şirkətinə məxsusdur.

 

DİGƏR XƏBƏRLƏR

Top