Tanınmış jurnalist Qadir İbrahimlinin səhhətində problem yaranıb.
Yeniavaz.com xəbər verir ki, jurnalist ötən gün reanimasiyaya yerləşdirilib.
TƏBİB-dən bildirilib ki, jurnalist Qadir İbrahimli kəskin qaraciyər sirrozu diaqnozu ilə mayın 18-də M.Mirqasımov adına Respublika Kliniki Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda vəziyyəti ağır olaraq qiymətləndirilir və həkimlərin ciddi müşahidəsi altındadır.