“Ukrayna danışıqlar masasına qayıtmağa hazır olduğunu bildirən kimi Rusiya müsbət cavab verəcək”.
Yeniavaz.com TASS-a istinadla xəbər verir ki, bunu jurnalistlərə Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko deyib.
"Danışıqlar prosesi bizim tərəfimizdən kəsilməyib. Ukraynalı tərəfdaşlarımız onu dayandırıb. Onlar danışıqlar masası arxasına qayıtmağa hazır olduqlarını bildirən kimi biz müsbət cavab verəcəyik. Əsas odur ki, müzakirə ediləcək bir şey olsun", - o bildirib.
O əlavə edib ki, Rusiyanın xarici siyasət konsepsiyasına yeni geosiyasi reallıqlarla bağlı düzəlişlər edilməlidir:
"Son üç ayda vəziyyət kökündən dəyişdiyi üçün konsepsiyanın korreksiyası tələb olunur. Biz konsepsiyamızda əksini tapmalı olan yeni geosiyasi reallıqlarda yaşayırıq".