“Nə Putin, nə də Zelenski ilə əlaqələri kəsmək fikrim var”


 “Əlaqədar dostlarımıza Finlandiya və İsveçin NATO-ya üzv olmasına “yox” deyəcəyimizi söylədik və yolumuza bu şəkildə davam edəcəyik”.
Yeniavaz.com
xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Həm Rusiya, həm də Ukrayna ilə bağlı balanslı siyasət aparırıq və bu siyasətdə nə cənab Putinlə, nə də Zelenski ilə əlaqələri kəsmək fikrim var”, - deyə Ərdoğan bildirib.
Qeyd edək ki, İsveç və Finlandiya rəsmiləri rəsmi şəkildə NATO-ya müraciət edəcəklərini bildirdikdən sonra Türkiyə Preizdenti Rəcəb Tayyib Ərdoğan buna icazə verməyəcəklərini deyib. Lakin buna baxmayaraq hər iki ölkənin müraciəti rəsmi şəkildə NATO-ya təqdim edilib.
Xatırladaq ki, Ərdoğan bu qərara səbəb kimi Finlandiya və İsveçin terror təşkilatı PKK-nın (Kürd Fəhlə Partiyası) üzvlərini qorumasını göstərmişdi.

DİGƏR XƏBƏRLƏR

Top