“Aİ-92”ni baha alıb ucuz, “Aİ-95”i isə ucuz alıb baha satırıq - Rəqəmlər


Bu ilin ilk 3 ayı ərzində xarici ölkələrdən Azərbaycana 50 min 442,6 ton “Aİ-92” markalı benzin idxal olunub.

Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, idxal olunan benzinin gömrük dəyəri 52 milyon 389,9 min dollar olub.
1 ton benzinin 1 310 litr olduğunu nəzərə alsaq, o zaman ölkəyə gətirilən benzinin 1 litrinin gömrük dəyəri 79 sent və ya mövcud məzənnə (1 dollar/ 1,7 azn) ilə hesablandığı zaman 1,34 manata bərabər olur.
Onu da qeyd edək ki, ölkəyə idxal olunan “Aİ-92” markalı benzinin miqdarı ötən ilin eyni dövrü ilə müqayisədə 10 dəfə, gömrük dəyəri isə 22 dəfə artıb.
Belə ki, ötən ilin ilk 3 ayı ərzində ölkəyə 2 milyon 387,04 min dollar dəyərində 4 min 995,64 ton “Aİ-92” markalı benzin idxal edilib.
Nəticədə ötən ilin ilk 3 ayında ölkəyə idxal olunan benzinin 1 litrinin gömrük dəyəri 36 sent və ya 62 qəpik olub.

“Aİ-92” markalı benzinin idxalındakı kəskin artım bu ilin mart ayında qeydə alınıb:
 
  Miqdarı (ton) 1 litrin gömrük dəyəri (azn)
Yanvar Fevral Mart Yanvar Fevral Mart
2021 - - 4 995,64 - - 0,62
2022 4 836,46 2 296,08 43 310,07 1,08 1,53 1,37







Bu ilin ilk 3 ayında ölkədə benzin istehsalı 329,1 min ton olub və bu əvvəlki ilin eyni dövrü ilə müqayisədə 33% artım deməkdir.
 
  Miqdarı ( min ton)
Yanvar Fevral Mart
2021 86,2 62,7 98,5
2022 121,4 103,7 104






Məlumat üçün bildirək ki, Azərbaycanda benzinin maya dəyəri rəsmi şəkildə açıqlanmır. Yalnız istehsalçı şirkətdən (SOCAR) çıxış qiyməti (şirkətdaxili tarif) qeyd olunur. Hazırda 1 litr “Aİ-92” markalı benzinin şirkətdaxili qiyməti 53 qəpiyə bərabərdir.
Onu da bildirək ki, “Aİ-92” markalı benzin pərəkanda bazara daxil olana kimi şirkətdaxili qiymətin üzərinə müxtəlif vergi və rüsumlar əlavə olunur.
Hazırda “Aİ-92” markalı benzin şirkətdaxili qiymətinin üzərinə 42% aksiz vergisi (22,3 qəpik) və 1,3 qəpik təchizat (daşınma) tarifi əlavə olunur.
Nəticədə satışa çıxarılan 1 litr benzinin şirkətdaxili qiyməti rüsumlar və təchizat xərclərilə birgə 76,6 qəpik olur. 
Topdansatış məntəqəsində “Aİ-92” markalı benzinin 1 litrinin qiyməti üzərinə ƏDV (13,8 qəpik) əlavə edildikdən sonra 90,4 qəpiyə satılır. Bundan sonra topdansatış qiymətinin üzərinə isə hər litr üçün 2 qəpik yol vergisi əlavə olunaraq pərəkanda satışa verilir. Pərəkanda satışda isə “Aİ-92” markalı benzinin 1 litri 1 manata satılır.
İdxal olunan benzinlə bağlı diqqət çəkən məqamlardan biri də odur ki, “Aİ-95” markalı benzinin gömrük dəyəri daha aşağı olub.
Belə ki, bu ilin ilk 3 ayında Azərbaycana xaricdən 22 milyon 322,97 min dollar dəyərində 23 min 229,35 ton “Aİ-95” markalı benzin idxal edilib. İdxal olunan 1 litr “Aİ-95” markalı benzinin gömrük dəyəri 73 sent və ya 1,25 manat olub.
Rəqəmlərdən də föründüyü kimi, “Aİ-92” markalı benzini xaricdən baha (1,34 azn) alıb ucuz (1 azn),  “Aİ-92” markalı benzini isə ucuz (1,25 azn) alıb, baha (1,6 azn) satırıq.

A. Cəfərov

DİGƏR XƏBƏRLƏR

Top