İranda kütləvi etirazlar davam edir - Video


İranda çörəyin bahalaşmasına etirazlar davam edir. Bahalaşmaya səbəb hakimiyyətin xaricdən gətirilən buğdaya görə verilən subsidiyaları kəsməsi olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Azadlıq Radiosu”nun İran xidmətinin reportajında bildirilib.
“Hakimiyyət ölkədə həbslər və hədə-qorxularla vəziyyəti nəzarətdə saxlamağa, etirazların qarşısını almağa cəhd göstərsə də, əksinə etirazlar genişlənib”, - reportajda deyilib.
Etiraz aksiyaçıları “Diktatora ölüm”, “Xameneyi qatildir, onun hakimiyyəti batildir”, “Liderə ar olsun”, “Rza şahın ruhu şad olsun” kimi şüarlar səsləndiriblər.
Polisin aksiyaçılara qarşı zorakılıq etdiyi iddia edilir.
Mətbuat orqanı Xuzistan əyalətinin Dezful şəhərinin nümayəndəsinə istinadən bir nəfərin öldürüldüyünü bildirib. Qeyd olunub ki, ümumilikdə, neçə nəfərin öldüyü və ya xəsarət alması hələlik bəlli deyil.

DİGƏR XƏBƏRLƏR

Top