Dövriyyədən çıxarılmış narkotiklər bu sahədə istifadə olunacaq


Azərbaycanda cinayət təqibi üzrə məhkəməyədək icraat zamanı qanunsuz dövriyyədən çıxarılmaqla maddi sübut kimi götürülmüş narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının və güclü təsir edən maddələrin cinayət təqibi üzrə icraat başa çatanadək məhv edilməsi və ya tibbi məqsədlərlə istifadə üçün təhvil verilməsi qaydası hazırlanacaq.

Yeniavaz.com xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Cinayət-Prosessual Məcəllənin tətbiqi barədə fərmanda dəyişiklik edib.

Sənədə əsasən, Nazirlər Kabinetinə Azərbaycan Prezidenti ilə razılaşdırmaqla beş ay müddətində bu qaydanı müəyyənləşdirmək tapşırılıb.

DİGƏR XƏBƏRLƏR

Top