
Ukraynada hərbi vəziyyətin müddəti uzadılıb.
Yeniavaz.com Ukrayna mətbuatına istinadla xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski bununla bağlı müvafiq fərman imzalayıb.
Fərmanla hərbi vəziyyət mayın 25-dən 90 gün uzadılır.
Qeyd edək ki, qərar Ali Rada tərəfindən təsdiq olunmalıdır.