Rusiya 85 avropalı diplomatı ölkədən çıxarır


Moskva Fransa və İtaliya diplomatik nümayəndəliklərinin əməkdaşlarını persona non qrata (arzuolunmaz şəxs) elan edib.
Yeniavaz.com
“RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Fransanın Rusiyadakı səfiri Pyer Levi XİN-ə çağırılıb və aprel ayında Rusiya diplomatik qurumlarının 41 əməkdaşını ölkədən çıxaran Fransa hakimiyyətinin təxribatçı və əsassız qərarına görə ona kəskin etirazı bildirilib. Bu addımın Rusiya-Fransa münasibətlərinə və konstruktiv ikitərəfli əməkdaşlığa ciddi ziyan vurduğu vurğulanıb”, - məlumatda bildirilib.
Buna cavab olaraq Moskva Fransa səfirliyinin 34 əməkdaşını ölkədən çıxarır. Onlara iki həftə ərzində Rusiya ərazisini tərk etmək əmri verilib.
Həmçinin 30 rus diplomatın ölkədən çıxarılması ilə əlaqədar İtaliya səfiri Corco Staraçe də XİN-ə çağırılıb. Moskva cavab olaraq İtaliyanın Moskvadakı səfirliyinin 24 əməkdaşının ölkədən çıxarmaq barədə qərar qəbul edib.
Bununla yanaşı Rusiya cavab olaraq 27 ispan diplomatını da ölkədən çıxarır.

DİGƏR XƏBƏRLƏR

Top