“Terrorçuları bizə verməyənlərin NATO üzvlüyünə “hə” deyə bilmərik”


“NATO-dakı müttəfiqlərimizdən bizim həssaslıqlarımızı başa düşmələrini və dəstəkləmələrini gözləyirik. Türkiyənin öz sərhədlərini qorumaq səylərini başa düşmələrini gözləyirik”.
Yeniavaz.com
“TRT Haber”ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkə parlamentində İsveç və Finlandiyanın NATO-ya üzv olması məsələsinə münasibət bildirərkən deyib.
“Siz bizə terrorçuları vermirsiniz, sonra bizdən NATO-ya girmək üçün dəstək gözləyirsiniz. PKK-ya dəstək verib üzvlük üçün dəstək istəmək uyğunsuzluqdur. Terrorçuları bizə təhvil verməyən ölkələrin NATO üzvlüyünə “hə” deyə bilmərik. NATO-nun genişlənməsi bizim həssaslığımıza hörmət edildiyi dərəcədə məna kəsb edir”, - Ərodoğan bildirib.

DİGƏR XƏBƏRLƏR

Top