Azərbaycanda kasıblar yarıbayarı azaldı - Rayonlar üzrə tam siyahı


Bu ilin aprel ayının əvvəlinə olan məlumata görə Azərbaycanda 33,4 min ailənin 146 min 430 üzvü ünvanlı dövlət sosial yardım alıb.
Yeniavaz.com-un açıqlanan rəsmi statistikaya istinadən apardığı hesablama göstərir ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə ünvanlı dövlət sosial yardım alan ailələrin sayı təxminən 2 dəfə azalıb.
Belə ki, ötən ilin aprel ayının əvvəlində ölkədə 66,1 min ailənin 279 min üzvü ünvanlı dövlət sosial yardım alıb.
Ünvanlı dövlət sosial yardım alanların sayına görə ilk sırada Bakı şəhəri yer alıb. Paytaxtda 12 min 273 nəfər ünvanlı dövlət sosial yardım alıb.
Bakıdan sonra ən çox Lənkəran sakinləri sosial yardım alırlar - 8 min 956 nəfər.
Bundan başqa Masallı rayonunda sosial yardım alanların sayı 17 min 373, Salyan rayonunda isə 10 min 642 nəfər olub.
Sosial yardım alanların sayının az olduğu rayonların ilk sırasında Balakən (63 nəfər), Xankəndi (72 nəfər) və Naftalan (147 nəfər) rayonları yer alıb.

Digər şəhər və rayonlarda isə sosial yardım alanların sayı aşağıdakı kimi olub:
Şəhərlər

rayonlar
Ünvanlı dövlət sosial yardımı alanların sayı,
(nəfər)
1 nəfərə düşən
Yardımın aylıq məbləği,
(manat)
Respublika üzrə CƏMİ 146 430 67,96
Bakı şəhəri 12 273 69,45
Naxçıvan MR 1 862 46,02
Sumqayıt şəhəri 6 896 71,94
Abşeron rayonu 2 292 70,56
Xızı rayonu 237 71,64
Ağsu rayonu 1 285 69,03
İsmayıllı rayonu 346 69,99
Qobustan rayonu 399 71,48
Şamaxı rayonu 2 044 69,43
Gəncə şəhəri 3 926 69,16
Naftalan şəhəri 147 61,09
Daşkəsən rayonu 810 72,65
Goranboy rayonu 3 875 65,57
Göygöl rayonu 2 387 69,53
Samux rayonu 552 70,66
Xankəndi şəhəri 72 65,47
Ağcabədi rayonu 1 447 66,44
Ağdam rayonu 3 914 62,94
Bərdə rayonu 2 713 68,68
Füzuli rayonu 2 613 63,33
Xocalı rayonu 364 67,32
Xocavənd rayonu 382 65,57
Şuşa rayonu 564 64,40
Tərtər rayonu 1 336 64,14
Ağstafa rayonu 429 71,11
Gədəbəy rayonu 861 66,92
Qazax rayonu 1 317 66,06
Şəmkir rayonu 2 736 70,96
Tovuz rayonu 7 500 70,09
Xaçmaz rayonu 2 788 70,05
Quba rayonu 2 182 68,64
Qusar rayonu 1 150 66,46
Siyəzən rayonu 701 69,90
Şabran rayonu 1 119 70,94
Astara rayonu 1 278 66,63
Cəlilabad rayonu 1 691 68,11
Lerik rayonu 1 129 68,29
Lənkəran rayonu 7 542 66,67
Masallı rayonu 7 328 65,51
Yardımlı rayonu 5 949 66,82
Mingəçevir şəhəri 3 864 67,69
Ağdaş rayonu 1 741 63,17
Göyçay rayonu 315 71,14
Kürdəmir rayonu 1 404 68,18
Ucar rayonu 1 365 67,43
Yevlax şəhəri 3 460 66,30
Zərdab rayonu 173 67,98
Beyləqan rayonu 2 670 68,72
İmişli rayonu 959 66,73
Saatlı rayonu 1 435 66,24
Sabirabad rayonu 2 274 66,36
Balakən rayonu 63 71,46
Qax rayonu 204 68,67
Qəbələ rayonu 305 72,64
Oğuz rayonu 256 70,09
Şəki şəhəri 3 066 65,61
Zaqatala rayonu 410 69,25
Cəbrayıl rayonu 1 006 63,74
Kəlbəcər rayonu 2 378 66,37
Qubadlı rayonu 660 69,06
Laçın rayonu 2 096 64,66
Zəngilan rayonu 582 66,16
Şirvan şəhəri 2 102 69,28
Biləsuvar rayonu 2 565 74,88
Hacıqabul rayonu 1 486 69,44
Neftçala rayonu 2 199 70,71
Salyan rayonu 8 956 71,61












































































Məlumat üçün qeyd edək ki, ünvanlı dövlət sosial yardımı aztəminatlı ailələrə dövlət tərəfindən göstərilən pul yardımıdır.
Ünvanlı dövlət sosial yardımı almaq hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. Ehtiyac meyarı dedikdə, əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumundan asılı olaraq ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə dövlət büdcəsi ilə birgə hər il üçün təsdiq olunan hədd nəzərdə tutulur.
“Azərbaycan Respublikasında 2022-ci il üçün ehtiyac meyarının həddi haqqında” 03 dekabr 2021-ci il tarxili Qanuna əsasən 2022-ci il yanvarın 1-dən ehtiyac meyarının həddi 200 manat təşkil edir.
Misal: 4 nəfərdən ibarət ailənin orta aylq gəliri 400 manat təşkil edir. 2022-ci il üçün ehtiyac meyarının həddi 200 manat müəyyən edildiyindən, həmin ailənin ehtiyac meyarının məcmusu 200x4=800 manat təşkil edir. Bu halda ailəyə 800-400=400 manat məbləğində ünvanlı dövlət sosial yardımı təyin edilə bilər.

A. Cəfərov

DİGƏR XƏBƏRLƏR

Top